REPRODUKTİV SAĞLAMLIQ VƏ AİLƏ PLANLAŞDIRILMASI

    21 may 2024-cü il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda görüş keçirildi.

    Tədbirdə məruzəçi olan İSİM-in əməkdaşı Pərvin Quliyeva reproduktiv sağlamlığın əsas aspektlərindən olan ailə planlaşdırılması barədə ətraflı məlumat verdi.

    Həmçinin, Pərvin Quliyeva erkən yaşlarda nikaha daxil olan yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən də söhbət açdı. O qeyd etdi ki, erkən yaşda hamiləlik, hamiləliyin pozulması və problemli doğuşlar dünyada ana və uşaq ölümünün əsas səbəblərindən biri hesab olunur. Məruzəçi problemin həlli ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşıya qoyduğu məqsədləri auditoriyanın diqqətinə çatdırdı.

    Tədbirin sonunda iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı və mövzu ətrafında diskussiya aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi