BÖYÜK QAYIDIŞIN BAŞLANĞICI

    03 aprel 2024-cü il tarixində V siniflərin iştirakı ilə “Böyük qayıdışın başlanğıcı” adı altında maarifləndirici görüş keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.

    Daha sonra məktəbimizin təsərrüfat işləri üzrə direktor müavini, Vətən Müharibəsi iştirakçısı, Qazi, polkovnik Azad Bağırov öz döyüş təcrübələrini, mənfur düşməni necə məğlub etdiklərini şagirdlərlə bölüşdü.

    Şagirdlərə ətraflı məlumat verildikdən sonra “Aprel döyüşləri” haqqında film nümayiş etdirildi.

#4günlükmüharibə

#apreldöyüşləri

#fəalməktəb

#virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi