İlin sonu pedoqoji şura keçirildi

İyunun 20-də 2024-2025-ci tədris ili üzrə növbəti Pedoqoji Şura iclası keçirildi. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak etdi. İclası direktor səlahiyyətlərini müvəqqəti icra edən Nigar Əliyeva açdı və kollektivi gündəliyə daxil olan məsələlərlə tanış etdi. İclasda məktəbin IX sinif şagirdlərinin attestata layiq görülməsi, tədris ilinin yekunu, sinifdən-sinfə keçirilən şagirdlər və digər məsələlər haqqında müzakirələr aparıldı. Pedoqoji Şura üzvlərinin çıxışlarından sonra müvafiq qərarlar qəbul edildi.