"Müstəqil Respublikanın xoşbəxt övladları!" adlı tədbir

2 İyun tarixində məktəbimizdə "Müstəqil Respublikanın xoşbəxt övladları!" adlı tədbir keçirildi. Tədbirin təşkilatçılığı ilə Mənsurə Quliyeva 4B sinif şagirdlərinin vətənpərvərlik, dostluq, səmimiyyət, qarşılıqlı sevgi və hörmət ruhunda hazırladığı çıxışları müəllim kollektivinə və valideynlərə böyük zövq verdi. Tədbirdə şagirdlər Vətən haqqında şeirlər söylədi, Şəhidlərimizi yad edib onların ruhlarına and içərək gələcəkdə vətənə sadiq olacaqlarını vəd etdilər.