Məktəbimizdə ekskursiyalar təşkil olundu

Aprel və may aylarında məktəbdə bir sıra siniflər üçün tarixi və mədəniyyət muzeylərinə ekskursiyalar təşkil olundu. Beləki, ibtidai siniflərdən II-III siniflər və V,VII sinif şagirdləri tarix müəllimi Vüsalə Məhərrəmlinin rəhbərliyi ilə Qobustanda tarixi muzeyə səfər etdilər. Ekskursiya zamanı Qobustandakı ilk əlyazmalar, qayaüstü ibtidai  təsvirlər, mağaralar haqqında müəllimlər şagirdlərə məlumat verdilər və onları maraqlandıran sualları cavablandırdılar. Daha sonra IV  və VI siniflər  Xalça muzeyi, Miniatür kitablar muzeyi, İncəsənət muzeyi və Şirvan Şahlar sarayı muzeylərinə ekskursiyalar təşkil etdilər. Şagirdlər ekskursiyadan qayıtdıqdan sonra məktəbdə öz təəssüratlari ilə həmyaşıdları arasında bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi