Fövqəladə hallar zamanı davranış qaydaları haqqında maarifləndirmə

May ayı ərzində fövqəladə hallar zamanı davranış qaydaları barədə məktəbimizdə maarifləndirici söhbətlər aparıldı. Məktəbin hərbi rəhbəri Taleh Cavadov, təşkilatçı Zemfira Əliyeva və tibb işçisi Samirə Əhmədova şagirdləri sudaboğulma, yanğın, dəm qazı təhlükəsi zamanı hansı qaydalara riayət etməli olduqlarını, qabaqlayıcı tədbirlərin görülməsi və ilkin yardımın göstərilməsi haqda məlumatlandırdılar. Məruzəçilər baş verən hadisələrə əsaslanaraq şagirdlərə daha ehtiyatlı davranmağı, bu kimi hadisələr zamanı yuxarıda göstərilən qaydalar haqqında öz həmyaşıdlarına və ailə üzvlərinə məlumat vermələrini tövsiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi