Peşə seçimi ilə əlaqəli IX siniflərdə söhbət aparıldı

16 aprel tarixində IX siniflərdə peşə seçimi ilə əlaqəli söhbət aparıldı. Məktəbə gələn 12 saylı Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən gələn müəllim Dünya Hüseynova və məktəbin kuratoru texnologiya müəllimi Aygün Hüseynova şagirdlərə peşələr, peşə məktəblərində olan ixtisaslar haqqında məlumatlar verdilər, şagirdləri maraqlandıran sualları cavablandırdılar. Eyni zamanda məktəbin psixoloqu Dilrubə Yusifzadə peşəyönümü ilə əlaqədar şagirdlər arasında sorğu-anket keçirdi. Psixoloq şagirdlərin gələcəkdə hansı peşələrə yiyələnmək istədiklərini öyrənib, onları düzgün istiqamətləndirmək üçün müzakirələr apardı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi