Məktəbimizdə dahi Azərbaycan şairi M.Füzulinin 530 illiyi qeyd olundu

Məktəbimizin tədbirlər planına əsasən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi aylığı qeyd olundu. Aprel ayın 18-si dahi şair Məhəmməd Füzulinin qəzəllərinin müsabiqəsi keçirildi, ay ərzində mütəfəkkir şairin əsərləri və təsvir olunan bülletenləri hazırlandı, şagirdlər Məhəmməd Füzulinin həyat və yaradıcılığının əks etdirən sənədli filmi işlədilər. Aylıq çərçivəsində 24 aprel tarixində ədibin 530 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və 6, 7, 8, 10, 11-ci sinif şagirdləri iştirak etdilər.Yuxarı sinif şagirdləri Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında məlumat verdilər. Eyni zamanda tədbirdə ədibin ən gözəl qəzəllərini şagirdlər tərəfindən söylənildi, həmçinin məşhur poeması olan “Leyli və Məcnun” poemasında səhnəciklər təqdim olundu. Görkəmli klassikimizin qəzəllərinə bəstələnmiş musiqi nümunələri tədbirə xüsusi gözəllik əlavə etdi. Sonda iştirakçılar xüsusi fəallıq və təşəbbüslərinə görə təşəkkürnamələrlə təltif olundular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi