Məktəbimizdə Bədən Tərbiyəsi və İdman Günü

Fəaliyyət planına əsasən 5 mart tarixində fiziki tərbiyə fənn metodbirləşməsi tərəfindən məktəbimizdə Bədən Tərbiyəsi və İdman Günü keçirildi. Metodbirləşmə rəhbəri Rəşad Ələsgərovun rəhbərliyi ilə VI siniflər arasında “Şən startlar” idman yarışması təşkil olundu. Yarışda məktəb rəhbəri, müavinlər, sinif rəhbərləri də iştirak etdilər. Estafet zamanı şagirdlər müxtəlif oyunlar: uzunluğa atlanmaq, diqqəti inkişaf etdirən “Biri əyri, biri düz” oyunu, cəld qaçan və gücü nümayiş etdirən  kəndir dartma və başqa yarışlarda özlərini sınadılar. Qaliblər tədbirin sonunda mükafatlandırıldılar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi