“İdman sevərlər” həftəsi

Məktəbimizdə İdman sevərlər” həftəsi ərzində bir sıra tədbirlər keçirildi.  1 mart tarixində fiziki tərbiyə müəllimləri: Ələsgərov Rəşad və Quliyeva Elmira tərəfindən idmanın sağlamlığa müsbət təsiri, idman növlərinin tarixləri, idmançıların müxtəlif texnikaları haqqında şagirdlərlə söhbət edildi və müzakirələr aparıldı. Müəllim Bəhriyyə Abdullayeva və Beydiyev Rəşad tərəfindən 4 mart tarixində sinifllərdə idman növləri, zərərli vərdişlər, sağlam qidalar və həyat tərzi ilə əlaqəli “Sağlam bədəndə sağlam ruh!” şüarı altında viktorina keçirildi. V siniflər arasında “Ən sürətli şagird” adlı 30 metr məsafəyə qaçış yarışı, VI siniflər arasında “Əllər üstə estafet” keçirildi. Məktəb direktoru Cavad Mustafayev məktəbimizin gənc idmançıları ilə görüşdü. Gənc idmançılar həmyaşıdları ilə yarışlarda qazandıqları nailiyyət və təəssüratlarını ilə bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi