"21 fevral Ana dili günü"

21 fevral tarixində 215 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana dili Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbimizin VI-VII-VIII sinif şagirdləri ana dilimizə aid şeirlər söylədilər,mahnılar oxudular.Tədbirin maraqlı keçməsi üçün dil-ədəbiyyat müəllimləri Xoşbəxt İsayeva,Şəhla Gülmalıyeva,Kəmalə Həsənova,əllərindən gələni əsirgəmədilər. Ana dilinə aid şeirlərin söylənilməsində VIIIa sinif şagirdi Səyyad,VIIa sinif şagirdi Nəzərli Vüsalə,Rəhmanova Nuray xüsusilə fərqləndilər.Tədbirin sonunda C.Məmmədquluzadənin "Anamın kitabı" əsəri üzrə VIIa sinif şagirdlərinin hazırladığı səhnəcik hər kəsin marağına səbəb oldu.Gülbahar obrazının ifaçısı Əliyeva Fatimənin çıxışı isə təqdirə layiqdir və hamı tərəfindən bəyənildi.Sonda məktəbin direktoru Cavad Mustafayev çıxış edərək məktəb kollektivinə maraqlı tədbir təşkil etdiklərinə görə öz təşəkkürünü bildirdi.Tədbirin sonunda xatirə şəkillər çəkildi.