26 fevral Xocalı faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş tədbirlər

Məktəbimizdə  fəaliyyət planına əsasən həftə ərzində 26 fevral Xocalı faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar bir sıra tədbirlər: təşkilat saatları, açıq dərslər, ədəbi-bədii kompazisiyalar, şagirdlərimiz hadisələri əks etdirən videoçarxlar hazırladı və divar qəzetlərinin sərgisini keçirdi. Açıq dərslər və kompazisiyalar Azərbaycan Dövlət Respublikasının Himni ilə başlandı və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər çıxışlarında 26 fevral Xocalıda baş verən hadisələr haqqında danışdılar, mənfur düşmənlərin xalqımıza yaşatdığı vəhşilikləri heç vaxt unudmayacaqlarını bildirdilər. Şagirdlər Xocalı faciəsinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar, hazırladıqları səhnəciyi nümayiş etdilər. Xocalı faciəsi ilə əlaqədar bütün siniflərdə “Xocalı qan yaddaşımız”, “Azad Xocalı” və s. adı ilə təşkilat saatları keçirdi

26 fevral tarixində məktəb kollektivi "Ana fəryadı" abidəsini ziyarət etdi. Ziyarətçilər faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, Xocalı faciəsinin xalqımızın yaddaşında daim yaşayacağını qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi