F.Köçərli adına uşaq kitabxanasına ekskursiya

26 aprel tarixində məktəbimizin 3-cü sinif şagirdləri ilə F. Köcərli adına uşaq kitabxanasında Gulzar nənənin (şair, publisist Gulzar İbrahimova) qonağı oldular. O, uşaqlara həyat və yaradıcılığından danışdı, usaqlara nağıllar və şeirlər oxudu. Şagirdlər şairin şeirləri və sözlərinə yazılmış "Sülh nəğməsi", "Dünya gözəldir", "Sağol, ey Vətən" mahnısını ifa etdilər. Gulzar nənə şagirdlərə yenidən çapdan çıxmış "Sehirli qız" kitabını hədiyyə etdi. Görüşün sonunda uşaqlarla xatirə şəkilləri çəkildi. Şagirdlər üçün çox maraqlı bir gün oldu.