SON ZƏNG

 14 iyun tarixində məktəbimizdə “Son zəng” tədbiri keçirildi.

 Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktor əvəzi  Məleykə Abışova məzunları Son zəng münasibətilə təbrik edərək gələcək həyatlarında onlara uğurlar arzuladı. Şagirdlərin təlim-tərbiyəsində, məktəbin ictimai işlərində fəallıq göstərən müəllimlər Təşəkkürnamə ilə təltif olundu. Tədbirdə şəhid atası Davud Orucov, Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi  iştirak  etdi. Şagirdlərin hazırladıqları musiqili-bədii çıxışlar  tədbir iştirakçılarında xoş təəssürat  yaratdı. Yolunuz açıq olsun əziz məzunlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi