“HÜQUQLARIMIZIN FƏRQINƏ VARAQ”

 4 iyun tarixində VIIa sinif şagirdləri ilə "Hüquqlarımızın fərqinə varaq" mövzusunda seminar keçirildi.

 Seminar zamanı şagirdlərə insanların hansı hüquqlara malik olması, 18 iyun tarixinin Ümummilli İnsan Hüquqları günü kimi qeyd olunması haqqında geniş məlumat verildi.

 Qeyd olundu ki, insan hüquqları insanların malik olmağa haqqı oldu əsas hüquq və azadlıqlarıdır. İnsan hüquqları iki başlıca dəyərə, insan ləyaqətinə və bərabərliyə dayanır.

 Şagirdlərin mövzu üzrə ətraflı şəkildə maarifləndirilməsi üçün slayd və videolardan istifadə olundu.

 Seminar uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İlhamə Əsgərova, məktəb-liseyin psixoloqu Yeganə Vəliyeva tərəfindən aparıldı.

 Sonda mövzu üzrə şagirdlərlə fikir mübadiləsi aparıldı, onların suallarına cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi