"ELİMİZƏ BAHAR GƏLİR"

 18 Mart  2024 cü il tarixində məktəb-liseydə V-VIII sinif şagirdlərinin iştirakı ilə “Dəyərlərimizi qoruyaq” adlı Tədbirlər Planına uyğun olaraq Novruz bayramı münasibətilə “Elimizə Bahar Gəlir” başlığı altında geniş tədbir keçirildi. Tədbir məktbin idman zalında keçirildi. Əvvəlcədən seçilmiş yerlərə uyğun olaraq siniflər öz guşələrini hazırladılar. Guşəni qədimi ev əşyaları, bayram xonçaları, atributları bəziyirdi. Hər bir sinif ayrı-ayrılıqda hazırladıqları rəqsləri, nəğmələri, səhnəcikləri ilə tədbirə xüsusi dad qatdı.

 Kosa və Keçəlin şirin-şirin deyişməsi, gül balalarımızın sevinci, gülüş sədaları tədbirə daha şirinlik qatırdı. Novruz xonçasından pay alan Keçəlin məktəbimizin rəhbəriliyi, şagirdlərlə  yumurta döyüşdürməsi daha maraqlı səhnə idi. Tədbirin sonunda məktəb-liseyin direktor əvəzi Məleykə Abışova bütün tədbir iştirakçılarını təbrik edərək, tədbirin təşkilində əməyi olan bütün müəllimlərə, valideynlərə, şagirdlərə öz təşəkkürünü bildirdi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi