MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINA BİR NƏZƏR

 24 aprel tarixində məktəb-liseyin VIIa sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Kazımova Samirə tərəfindən Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş dərs təşkil olundu. Fənn müəllimi Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında məlumat vermiş, şairin anadilli poeziyanın mükəmməl nümunələr yaratmasından, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltməsindən bəhs etmişdir. Daha sonra şagirdlər “Leyli və Məcnun” poemasından, “Meyvələrin söhbəti” əsərindən qısa fraqmentlər göstərmişdir.

 Sonda müəllim onuda qeyd etdi ki, Məhəmməd Füzuli özündən sonra istedadlı nümayəndələri ilə tanınan bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövürlərdə də Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar söz ustadının adını hər zaman ehtiramla yad etmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi