“QOHUMLARARASI NİKAHLARIN FƏSADLARI”

  Şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə  “Ümumi təhsil müəssisələrinin VIII və IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsaitə” əsasən 17 aprel tarixində IXa və IXb siniflərinin qız şagirdləri ilə “Qohumlararası nikahların fəsadları” mövzusunda məşgələ keçirildi.

 Məşgələ  məktəb-liseyin psixoloqu Yeganə Vəliyeva və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İlhamə Əsgərova tərəfindən aparıldı.

 Məşğələdə şagirdlərə qohumlararası nikahların səbəbləri və riskləri haqqında məlumat verildi. Sonra qohumlararası nikah nəticəsində doğulan uşaqlarda yaranan müxtəlif xəstəliklər haqqında danışıldı.

 Şagirdlərə mövzu ilə bağlı onları daha dərindən düşünməyə istiqamətləndirən suallar verildi və qarşılıqlı müzakirə edildi.Şagirdlərin əksəriyyəti öz sərbəst fikirlərini bildirdilər.

 Sonda ölkəmizdə qohumlararası nikahla bağlı vəziyyət tətlil  olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi