MÜKAFATLANDIRMA

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 28.02.2024-cü il tarixli 3-29/3-2-96F/2024 nömrəli əmrinə əsasən təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı oması, idman və bədən tərbiyəsinin inkişafı, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 Mart –Bədən Tərbiyəsi və İdman Günü “ ərəfəsində 1-7 mart 2024-cü il tarixində “Ümumtəhsil məktəblərində idman həftəsi” nin beşinci  günündə məktəb-liseydə keçirilən tədbirlərdə iştirak edərək nəticə qazanan şagirdlərin mükafatlandırılması keçirildi.

 Mükafatlandırmada  məktəb-liseyin direktor əvəzi Məleykə Abışova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İlhamə Əsgərova, psixoloq Yeganə Vəliyeva, fiziki tərbiyə müəllimləri və sinif rəhbərləri iştirak etdi. Yarışlarda qalib olan şagirdləri təbrik edərək, onlara gələcək yarışlar uğurlar arzuladılar və sonda  diplomla təltif etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi