21 SAYLI MƏKTƏBDƏ YOL HƏRƏKƏTİ QAYDALARI BARƏDƏ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLMİŞDİR

7 aprel 2016-cı il tarixdə E.Məmmədov adına 21 saylı tam orta məktəbin akt zalında şagirdlər arasında yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov, həmin şöbənin baş inspektoru, polis mayoru İsa Deyistani, Bakı şəhəri 46№-li məktəbdənkənar tərbiyəvi iş mərkəzinin əməkdaşları Fəridə Süleymanova, Afaq Əmirova və başqa qonaqlar iştirak etmişlər. Məktəbin ibtidai siniflərinin şagirdləri yol hərəkəti qaydalarıyla bağlı müxtəlif şeirlər, mahnılar səsləndirmiş, səhnəciklər göstərmişlər, daha sonra yol hərəkəti təhlükəsizliyi və piyadaların bu qaydalar daxilində hərəkətinə dair müxtəlif sosial video-çarxlar nümayiş etdirilmiş, yol polisi rəhbərliyi və əməkdaşlarının tövsiyə xarakterli çıxışları dinlənilmişdir. Tədbirdə yol hərəkəti nişanlarının şagirdlər arasında tanıdılması və təbliği məqsədilə yarışma keçirilmiş, fərqlənən ibtidai sinif şagirdlərinə yol hərəkəti qaydaları ilə bağlı məlumat kitabçaları və digər hədiyyələr təqdim olunmuşdur. Tədbirin sonunda məktəbin direktoru C.Bayramlı çıxış edərək gələn qonaqlara məktəb kollektivi adından öz minnətdarlığını bildirmiş, yol hərəkəti qaydalarının təbliğinin cəmiyyətin ən vacib məsələlərindən biri olduğunu nəzərə çatdırmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi