21 saylı məktəbdə 31 Mart Soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir

31 mart 2016-cı il tarixdə E.Məmmədov adına 21 saylı tam orta məktəbdə 31 Mart Azərbaycanlıların Sıyqırımı gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb kollektivi - məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdi. Tədbir dövlət himninin səslənməsi ilə başlandı. Aparıcı 31 Mart Azərbaycanlıların Soyqırımı günü barədə tarixi faktları və məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həmin hadisələri əks etdirən video və foto-slaylar nümayiş etdirildi. Tədbirin sonunda məktəbin direktoru C.Bayramlı çıxış edərək şagirdlərə tarixi yaddaşın öyrənilməsi və qorunması barədə tövsiyələrini verdi, şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi