21 saylı məktəbdə riyaziyyat gecəsi keçirilmişdir

15 mart 2016-cı il tarixdə E.Məmmədov adına 21 saylı tam orta məktəbdə riyaziyyat müəllimi Qasımova Aybənizin riyaziyyat fənn aylığı çərçivəsində təşkil etdiyi “Riyaziyyat gecəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri və şagirdlər fəal iştirak etmişlər. İbtidai sinif şagirdlərinin ifasında həndəsi fiqurlara aid şeirlər səslənmiş, məntiqi məsələlərdən ibarət viktorina keçirilmişdir. Aparıcılar riyaziyyat fənninə aid maraqlı elmi faktlar və məlumatları paylaşmış, sonra 9-cu sinif şagirdlərinin ifasında mahnılar oxunmuşdur. Tədbirin sonunda riyaziyyat müəllimi Qasımova Aybəniz tədbirdə iştirakına görə hər kəsə təşəkkürünü bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi