21 saylı məktəbdə Narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilmişdir

4 mart 2016-cı il tarixdə E.Məmmədov adına 21 saylı tam orta məktəbdə Yasamal rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə "Narkomaniya bəşəri bəladır" mövzusunda məktəb şagirdləri ilə maarifləndirici tədbir-görüş keçirilmişdir. Tədbirdə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Eldəniz Əkbərov, Yasamal RPİ-nin azyaşlılarla iş üzrə bölməsinin rəisi, polis mayoru Nəbi Nəcəfov və digər polis əməkdaşları iştirak etmişlər. Çıxış edənlər narkomaniyanın gənc nəslə vurduğu yaralardan söz açmış, bütövlükdə cəmiyyətin bu bəlaya qarşı əlbir fəaliyyətinin zəruriliyindən danışmışlar. Sonra narkomaniyanın insan həyatına təhlükələri barədə video-materiallar nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi