21 saylı məktəbdə fənn aylığı çərçivəsində yazıçı İsa Muğannaya yaradıcılığına həsr olunmuş tədbir keçirilib

16 fevral 2016-cı ildə 21 saylı tam orta məktəbin akt zalında Azərbaycan dili-ədəbiyyat fənn aylığı çərçivəsində yazıçı İsa Muğannanın yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə yazıçının zəngin ədəbi irsinə, həyat və yaradıcılığına toxunulmuş, onun ssenari müəllifi olduğu filmlərdən süjetlər nümayiş etdirilmişdir. Şagirdlərin ifasında İsa Muğannanın əsərlərindən epizodlar səsləndirilmişdir. Tədbirdə qonaq qismində iştirak edən tanınmış aktyor və rejissor Şeyx Əbdül Mahmudov İsa Muğannanın təkcə bir yazıçı kimi deyil, həm də bir filosof və düşüncə adamı olaraq Azərbaycan hüdudlarından kənarda tanındığını qeyd etmiş, onun ssenari müəllifi olduğu filmlərin çəkilişi barədə bir sıra maraqlı məqamlardan danışmışdır. Daha sonra İsa Muğannanın ədəbi irsini yenidən nəşr etdirmiş “Hədəf” Nəşrlər Evinin direktoru, yazıçı-publisist dr.Şəmil Sadiq yazıçı barədə ürək sözlərini və xatirələrini bölüşmüş, İsa Muğannanın yenidən çap olunmuş əsərlərini rəhbəri olduğu nəşriyyatın rəhbərliyi tərəfindən məktəbin kitabxanasına hədiyyə etmişdir. BŞTİ nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edən məktəbin direktoru Ceyhun Bayramlı İsa Muğannanın çağdaş Azərbaycan ədəbiyyatına, Azərbaycan kinematoqrafiyasına və Azərbaycan fəlsəfi fikrinə verdiyi danılmaz töhfələrdən danışmış, yazıçının çoxşaxəli fəaliyyətinin hələ uzun illər tədqiq olunacağını qeyd etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi