21 saylı məktəbdə şagirdlərin iştirakı ilə "Ədəbiyyat biliciləri" adlı dəyirmi masa keçirilmişdir

12 fevral 2016-cı il tarixdə E.Məmmədov adına 21 saylı tam orta məktəbdə şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və dünyagörüşününün artırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq sərəncamından irəli gələrək “Azərbaycan dili-ədəbiyyat” fənn aylığı çərçivəsində məktəbin V-VI sinif şagirdləri ilə “Ədəbiyyat biliciləri” adlı dəyirmi masalar keçirilmişdir. Dəyirmi masalarda iştirak edən Azərbaycan-dili ədəbiyyat müəllimləri Ə.Bağırova, Z.Zamanbəyova, S.Məmmədova, N.Zeynalova, N.İbramxəlilova, məktəb psixoloqu H.Həmidova şagirdlərə mütaliə etməyin nəzəri və praktik əhəmiyyəti barədə faydalı məsləhətlər vermişlər. Tədbirdə məktəbin direktoru C.Bayramlı şagirdlərin hər birinin qış tətili günlərində oxuduqları ədəbiyyatı ümumi müzakirəyə çıxarmış, tövsiyə olunmuş bədii nümunələri məzmun və ideya istiqamətlərinə, obrazların səciyyə və xüsusiyyətlərinə görə təhlil etmək qabiliyyəti diqqət cəlb edən şagirdləri fərqləndirmişdir. Tədbirdə fəal iştirak edən V-VI sinif şagirdləri sualları cavablandıraraq oxuduqları əsərlərdəki obrazları arasında oxşar və fərqli cəhətləri əyani misallarla izah etmişlər. Tədbirin sonunda məktəbin direktoru C.Bayramlı müəllim və şagirdlərə mütaliə və bədii ədəbiyyat sahəsində öz tapşırıq və tövsiyələrini vermişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi