21 saylı məktəbdə 20 Yanvar şəhidləri yad edildi

18 yanvar 2016-cı il tarixdə E.Məmmədov adına 21 saylı tam orta məktəbin akt zalında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Vətən şəhidləri ilə ucalır" adlı anım tədbiri keçirilmişdir. Tədbirdən öncə məktəbin şagirdləri ayrı-ayrı siniflər şəklində məktəbin adını daşıdığı 20 yanvar şəhidi Eldar Məmmədovun büstü önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbirdə Respublika Veteranlar Təşkilatının şöbə rəisi, polkovnik Adil Haqverdiyev, Yasamal rayon Müharibə və Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Almaz Qasımova, Böyük Vətən Müharibəsi iştirakçıları Daməd Nəbiyev, Bəkir Məmmədov qonaq qismində çıxış etmiş və şagirdlərə milli-vətənpərvərlik mövzusunda tövsiyələrini vermişlər. Məktəbin psixoloqu Həqiqət Həmidova, Azərbaycan dili - ədəbiyyat müəllimi Zərifə Zamanbəyova, tarix müəllimi Leyla Məmmədova və məktəbin direktoru Ceyhun Bayramlı da şagirdlər qarşısında çıxış etmişlər. Daha sonra hadisələri əks etdirən videosüjet nümayiş etdirilmiş, məktəb şagirdlərinin ifasında faciəli hadisəyə həsr olunmuş kompozisiya göstərilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi