General Səməd bəy Mehmandarov yad edildi

Noyabrın 26-da 21 saylı tam orta məktəbin akt zalında Azərbaycanın görkəmli dövlət xadimi, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cumhuriyyətinin müdafiə naziri, general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən öncə məktəbin şagirdləri generalın foto-stendi önünə güllər düzmüşlər. Tədbirdə Səməd bəy Mehmandarovun həyat və fəaliyyətindən danışılmış, Azərbaycan Milli Ordusunun yaradılmasında onun xidmətləri və oynadığı rol şagirdlərə ətraflı şəkildə izah edilmişdir. Daha sonra Azərbaycan ordusuna aid video-süjetlər nümayiş etdirilmiş, milli-vətənpərvərlik ruhunda təşkil olunmuş inşa müsabiqəsi qalibləri təltif olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi