Xocalı faciəsinin qurbanları 21 saylı məktəbdə yad olundu

Xocalı faciəsinin 23-cü ildönümü E.Məmmədov adına 21 saylı tam orta məktəbdə bir sıra tədbirlərin keçirilməsi ilə yadda qalmışdır. Məktəbin ibtidai siniflərində faciəni əks etdirən xüsusi guşələr yaradılmışdır. Məktəbin dəhlizlərində Xocalı faciəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunmuş, yuxarı sinif şagirdlərinin hazırladıqları divar qəzetləri təqdim olunmuşdur. 26 fevral 2015-ci il tarixdə məktəbdə ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, şagirdlərə bu dəhşətli faciə barədə ətraflı məlumat verilmişdir. Məktəbin şagirdləri məktəbin həyətində 20 yanvar şəhidi Eldar Məmmədovun büstü və məktəbin məzunları olmuş Qarabağ müharibəsi şəhidlərinin barelyefləri önünə güllər düzərək vətənpərvərlik ruhunda şeirlər səsləndirmişlər. Məktəbin akt zalında Xocalı faciəsinə həsr olunmuş kütləvi tədbir keçirilmiş, tədbirdən sonra şagirdlərə "Fəryad" filmi nümayiş olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi