"Mənim varlığımın cilası -Bayraq!" adlı ədəbi-bədii kompozisiya keçirilib

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Bu münasibətlə məktəbdə "Mənim varlığımın cilası -Bayraq!" adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Çıxış edən şagirdlərin səsləndirdiyi şeirlər, oxuduğu mahnılar tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.Tədbirin sonunda çıxış edən məktəbin direktoru Rəna Ağazadə bu münasibətlə hər kəsi təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi