"Uşaq hüquqları aylığı" çərçivəsində "Uşaq hüquqlarını qoruyaq" adlı tədbir keçirilib

07.11.2017-ci il tarixində məktəbdə rus dili müəllimi Şahilə Orucovanın təşkilatçılığı ilə "Uşaq hüquqları aylığı" çərçivəsində "Uşaq hüquqlarını qoruyaq" adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və 5-ci və 6-cı sinif şagirdləri iştirak edirdi. Şagirdlər çıxış edərək uşaq hüquqlarının kateqoriyaları haqqında geniş məlumat verdilər, şeirlər söyləyib, mahnılar oxudular. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Rəna Ağazadə dövlətin bu sahədə atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən söhbət açdı. Bildirdi ki, dünyada müxtəlif zəmində baş verən münaqişələrdə uşaqlara qarşı zorakılıq faktlarının müşahidə olunduğu bir zamanda ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Bu da öz növbəsində uşaqların hüquqlarının tam şəkildə təmin olunmasına və onların firavan bir mühitdə yaşamasına şərait yaradır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi