"Bayraq kimliyimdir" adlı tədbir keçirilib

06.112017-ci il tarixində məktəbin kitabxanasında kitabxanaçılar Zümrüd Balayeva və Rəhilə Əliyeva, ibtidai sinif müəllimi Lamiyə Xudiyevanın təşkilatçılığı ilə "9 Noyabr-Dövlət Bayrağı günü"nə həsr olunmuş "Bayraq kimliyimdir" adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə məktəbin 3A sinif şagirdləri çıxış edib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Ağazadə bildirdi ki, bayraq qürur yerimiz, dövlət rəmzimiz, milli kimliyimizdir: O qeyd etdi ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Şagirdlər respublikamızın rəmzi olan bayraq haqda geniş məlumat verdilər, onların ifasında səslən şeirlər çox təsrili alındı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi