"Narkomaniya ümumbəşəri bəladır" və "Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti" mövzusunda tədbir keçirilib

01.11.2017-cı il tarixində məktəbdə "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Yasamal rayonu Polis İdarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev, Yasamal rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru Anar Məmmədov, Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytnantı Qəhrəman Qələndərov, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru Anar Süleymanov, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Eldar Qazıbəyov və Yasamal Rayon Polis İdarəsinin digər əməkdaşları iştirak edirdi. Mövzu ilə bağlı göstərilən film tədbir iştirakçılarının xüsusi marağına səbəb olmuşdur. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi və IX – XI sinif şagirdləri iştirak etmişdir. Sonda isə qonaqlar müəllim və şagirdləri maraqlandıran sualları cavablandırmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi