"Hüquqlarımızı tanıyaq!" adlı dərs keçirilib

30.10.2017-ci il tarixində məktəbdə uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması, vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ibtidai sinif müəllimi Zinyət Kazımova 3B sinfində "Hüquqlarımızı qoruyaq" adlı dərs keçirib. Müəllim mövzunun imkanlarından istifadə etməklə irəli sürdüyü suallarda uşaqların öz hüquqlarını onlara aşılamaqla bərabər başqalarının hüquqlarını da qorumağı, başqalarının hüquqlarına hörmətlə yanaşmağı, xeyirxah olmağı tövsiyyə etdi. Şagirdlər fikirlərini sərbəst ifadə edir, problemin aradan qaldırılması istiqamətində müstəqil fikir irəli sürürdülər. Bunun nəticəsi olaraq sonda sinfin kollektiv işinin bəhrəsi kimi “Uşaq hüquqları” adlı divar qəzeti meydana gətirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi