Bülbülün 120 illik yubileyi keçirilib

20.10.2017-ci il tarixində məktəbdə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Şagirdlər dahi sənətkarın həyatı və yaradıcılığı ilə bağlı geniş məlumat səsləndirdilər. Dünya şöhrətli sənətkarın ifasında müsiqilər dinlənildi. Şagirdlər onun repetuarından "Küçələrə su səpmişəm", "Gülə-gülə" mahnılarını ifa etdilər. Çıxış edən məktəbin direktoru Rəna Ağazadə tədbirin təşkilatçıları- müsiqi müəllimi Ellada Məmmədovanı , texnologiya müəllimi Ülviyyə Qurbanovanı və şagirdləri bu gözəl tədbir münasibətilə təbrik edərək bildirdi ki, xalq xanəndəsindən professional vokal ustasına kimi böyük yaradıcılıq yolu keçən Bülbülün Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuş, dünya musiqi sənətində parlaq səhifələr yazmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi