Müstəqilliyimiz əbədidir, dönməzdir

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 26 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi və dönməz etdi. Bu münasibətlə məktəbimizdə "Müstəqilliyimiz əbədidir, dönməzdir" mövzusunda tədbir keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Giriş sözü ilə tədbirdə çıxış edən məktəbin direktoru Rəna Ağazadə bildirmişdir ki, xalqımız əsrlər boyu müstəqillik qazanmaq arzusunda olsa da, bu arzusunu uzun illər ürəyində saxlamaq məcburiyyətində qalıb. Müstəqil dövlət qurmaq xoşbəxtliyi xalqımıza yanlız güclü şəxsiyyət, qüdrətli lider Heydər Əliyevin fədakarlığı nəticəsində qismət olmuşdur. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən İlham Əliyev cənablarının məqsədyönlü siyasəti nəticəsində ölkəmiz dünya dövlətləri arasında öz layiqli yerini tutmuşdur. Sonra şagirdlər şeirlər söyləyib, mahnılar ifa ediblər. Çıxış edən məktəb müəllimləri- Leyla Məmmədova, Kəmalə Allahverdiyeva və Sevinc İbrahimova müstəqilliyimizin şəhidlərimizin qanı bahasına əldə olunduğunu bir daha vurğulayıblar. Həmin əlmətdar günlə bağlı videofilm nümayiş etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi