"Xəmsə" Milli intellektual oyunu

17.10.2017-ci il tarixində məktəbdə Yasamal rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Xəmsə" Milli intellektual oyununun rayon turu keçirilib. Yarışda rayonun 8 məktəbi iştirak edib." Xəmsə” Milli İntellektual oyununun keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. İki mərhələdən ibarət olan yarışmada 1-ci yeri 158 nömrəli məktəb, 2-ci yeri 53 nömrəli məktəb, 3-cü yeri isə 21 nömrəli məktəb qazanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi