Molla Pənah Vaqif -300

02.10.2017-ci il tarixində məktəbdə XVIII əsrin qüdrətli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbir Dövlət Himninin səslənməsi ilə açılıb. Çıxış edən şagirdlər Molla Pənah Vaqifin poeziya dünyası, nadir yaradıcılıq üslubu, diplomatik təcrübəsi, bölgədəki ictimai-siyasi proseslərə təsir imkanları, saraydaxili münasibətlərdə ədalətli və qətiyyətli mövqeyi barədə ətraflı məlumat veriblər. Şagirdlərin ifasında şairin əsərləri səsləndirilib. Məktəbin 9d sinif şagirdi Cabbarova Siyanın çəkdiyi dahi şairin portreti hamı tərəfindən maraqla qarşılanıb. Mövzu ilə bağlı videofilm nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi