Beynəlxalq sülh günü

21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinın (Ombudsman) təşəbbüsü ilə ölkəmizdə avqustun 21-dən sentyabrın 21-dək Beynəlxalq Sülh günü keçirilir. Bununla əlaqədar olaraq məktəbimizin 2a və 2b siniflərinin təqdimatında "Biz sülh istəyirik" adlı tədbir keçirilib. Tədbirin birinci hissəsi müəllim və şagirdlər arasında diskussiya şəklində keçirilib. Şagirdlər həmin günlə bağlı hazırladıqları məlumatları səsləndirdilər. Tədbirin ikinci hissəsində isə şagirdlər şeirlər ifa etdilər, mahnı oxudular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi