Salam, doğma məktəb!

15 Sentyabr ölkəmizdə "Bilik günü", məktəblərdə dərslərin başlandığı gün kimi qeyd olunur. 2004-cü ilə kimi həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 21 Avqust 2004-cü il tarixli fərmanı ilə dərslərin sentyabrın 15-dən başlanması qərarı alınmış və həmin gün "Bilik günü" elan edilmişdir. Məktəbimizdə də bu gözəl gün xüsusi təntənə ilə qeyd olundu. Bu əlamətdar gün münasibəti ilə hazırlanmış tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. İlk söz ilə çıxış edən məktəbin direktoru Rəna Ağazadə dövlət tərəfindən təhsilə göstərilən qayğıdan, məktəbin uğurlarından danışaraq bu əlamətdar gün münasibəti ilə məktəb kollektivini və şagirdləri təbrik etdi. Tədbirin hörmətli qonaqları- Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Bəşarət Məmmədov və Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülşən Hüseynova da çıxış edərək müəllim və şagird kollektivinə uğurlar arzuladılar. Şagirdlər şeir və rəqs nömrələri ilə çıxış etdilər. Rəna xanım məktəbin rəmzi açarını bu ilki on birinci sinif şagirdlərinə təqdim edərək onlara dərslərində müvəffəqiyyətlər arzuladlı. Nəhayət, birinci sinif şagirdləri ilk zəngi vurdular və bu zəngin sədaları altında şagirdlər məktəbə daxil oldular. Yeni dərs iliniz mübarək!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi