"Son zəng" tədbiri keçirilib

İyunun 14- də məktəbimizdə ənənəvi olaraq "Son zəng" tədbiri keçirilib. Tədbirdə şagirdlər, müəllimlər, valideynlər, məktəb rəhbərliyi və Bakı Şəhəri üzrə Təhsil Idarəsinin insan resusları sektoru üzrə böyük məsləhətçisi Fikrət Süleymanov iştirak edib. Məzunları ilk öncə məktəbin direktoru Rəna Ağazadə təbrik edərək tədbiri açıq elan edib. Bakı Şəhəri üzrə Təhsil Idarəsinin insan resusları sektoru üzrə böyük məsləhətçisi Fikrət Süleymanov da məzunlarımızı təbrik edərək onlara xoş arzularını bildirib. Sonra söz 11- cilərə verilib. Şən mahnılar, gözəl rəqslər bir-birini əvəz etdikcə xoş bir mənzərə hər kəsi məmnun edib. “Son zəng” həmişə olduğu kimi həm sevinc, həm də kədər dolu anlarla sona çatıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi