"Ümid yeri" uşaq sığınacaq evində bir gün

Əsrlərdən bəri mərhəmət, qayğı xalqımızın milli dəyəri hesab olunub. Şagirdlərdə böyüyə hörmət, kiçiyə qayğı hissinin formalaşdırılması məktəbin əsas vəzifələrindən biridir. Bu məqsədlə iyunun 6-da məktəbimizin 8 "A"sinif şagirdləri, sinif müəllimi Ellada Həmidova və biologiya müəllimi Sədaqət Süleymanova Binə qəsəbəsində yerləşən "Ümid yeri" Uşaq sığınacağında qonaq olublar. Şagirdlərimiz orda olan uşaqlarla söhbət edib birgə şəkil çəkdiriblər. Ümid edirik ki, bu hal məktəbimizin digər sinifləri üçün ənənəvi hala çevrilər. Valideyn sevgisindən, şəfqətindən uzaq qalan bu uşaqları biz- bütün vətəndaşlar diqqətdən kənarda qoymamalıyıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi