"Azərkitab"da şeir müsabiqəsi

"Azərkitab" Kitab Təbliğatı Evində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Müsabiqədə məktəbin 8- ci sinif şagirdləri Abışova Zəminə, Səfərova Aybəniz və 1"D" sinif şagirdi Cəbiyeva Mələk iştirak edib. Abışova Zəminə S. Rüstəmin "Ana və poçtalyon", Səfərova Aybəniz özünün müəllifi olduğu "Qara bulud" və Cəbiyeva Mələk M. Arazın "Ana Yurdum-Azərbaycan" şeirlərini səsləndiriblər. Onların çıxışı münsiflər heyəti və müsabiqə iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Müsabiqənin sonunda Abışova Zəminə diplomla, Səfərova Aybəniz və Cəbiyeva Mələk isə sertifikatla və müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Məktəbimiz adından şagirdlərimizi təbrik edərək uğurlarının davamlı olmasını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi