Məktəbimizin tarix müəllimi Leyla Məmmədovanın Heydər Əliyev Mərkəzində "Açıq dərs"i

Mayın 26-da Yasamal rayon Heydər Əliyev Mərkəzində “28 may Respublika Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Vaqif Məmmədov, 31 saylı tam orta məktəbin tarix müəllimi Aidə Məmmədova, 53, 21 və 13 saylı tam orta məktəbin müəllim və şagirdləri, Azərbaycan Dövlət Pedoqoji Kolleci və 1 saylı Bakı Baza Tibb Kollecinin müəllim və tələbələri, KİV nümayəndələri iştirak edirdilər.Tədbir iştirakçıları ilk öncə Mərkəzin "Muzey" bölməsi ilə tanış oldular, ulu öndərin büstünü ziyarət edərək əziz xatirəsini yad etdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Mərkəzin Baş Fond Mühafizi Azər Zeynalzadə tədbiri giriş sözü ilə açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və tarixi əhəmiyyəti haqqında danışdı. Sonra məktəbimizin tarix müəllimi Leyla Məmmədova "Açıq dərs" verdi. Leyla Məmmədova " Açıq dərs"də Azərbaycan tarixinin şanlı səhifələrindən biri, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyətinin türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu vurğuladı. Sonra “28 May Respublika Günü"nə həsr olunmuş film nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi