"Azərkitab" Kitab Təbliğatı Evinə ekskursiya

25.05.2017-ci il tarixində məktəbimizin bir qrup müəllimi, valideyn və şagirdləri “Azərkitab” Kitab Təbliğat Mərkəzinə ekskursiya etdilər. Mərkəzin rəhbərləri şagirdləri salamlayıb, onları Kitab Evinin müxtəlif struktur bölmələri- oxu, sərgi, kiçik yaşlı uşaqlar üçün nağıl zalları və istirahət məkanı, kitab kafesi ilə tanış edib kitab evinin fəaliyyəti haqqında geniş məlumat verdilər. Sonra şagird və müəllim kollektivi konfrans zalına dəvət edildi. Burada Kitab Təbliğat Evinin rəhbərliyi şagirdlərə tövsiyələrini verərək onları bu mərkəzlə daim əməkdaşlığa səslədi. Müəllimlər məktəb adından Kitab Evinin əməkdaşlarına gördükləri vacib işlərə görə kollektiv adından minnətdarlıqlarıını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi