"Sağlam təhsil-sağlam gələcək" mövzusunda dəyirmi masa keçirilib
Mayın 23-də məktəbin loqopedi İbrahimova Sevincin təşkilatçılığı ilə "Sağlam təhsil-sağlam gələcək" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada ibtidai sinif şagirdləri və məktəb rəhbərliyi iştirak edib. Şagirdlərlə sağlamlıq haqqında maraqlı söhbətlər edilib və onların iştirakı ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. Sonra uşaqlar arasında yarış təşkil edilib. Sonda məktəbin tibb bacısı şagirdlərə gigiyena qaydaları haqqında geniş məlumat verib.