Mərdəkan dendrarisinə ekskursiya

Mayın 13- də 7"C" sinif şagirdləri Mərdəkan dendrarisinə ekskursiya ediblər. Abşeron yarımadasının güşələrinin birində –Mərdəkan qəsəbəsində yerləşən dendrari 1895-1920-ci illərdə mesenat və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Dendrarinin ümumi sahəsi 24 hektar təşkil edir. Burada bitən flora növlərinin sayına və yaşına görə Mərdəkan dendrarisi dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir. Burada həm Azərbaycandan, həm də dünyanın digər bir çox yerindən təxminən 1800 növ, o cümlədən 1540 bitki forması və növü təmsil olunub. Şagirdlər bu ekskursiya müddətində Dendraridə yerləşən həmin bitki növləri ilə tanış olublar. Həmçinin Murtuza Muxtarovun bağ evini də ziyarət ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi