“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya
Mayın 18- də 5"D" və 6"D" sinifləri Qobuda yerləşən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya ediblər. Şagirdlər Qala abidə kompleksində qazıntılar nəticəsində m.ö. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar, tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndirlə tanış olublar. Onlar haqqında geniş məlumat əldə ediblər. Həmçinin şagirdlər “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan "Tullantıdan sənətə" muzeyinə də ekskursiya ediblər. Muzeydə “Tullantıdan sənətə” beynəlxalq sərgisində nümayiş olunan əsərlərlə ətraflı tanış olublar.