Qələbənin 72- ci ildönümü və Şuşanın işğalının 25 – ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Məktəbin müəllimi Təranə Süleymanovanın təşkilatçılığı ilə 8d sinfi ilə birgə qələbənin 72- ci ildönümü və Şuşanın işğalının 25 – ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti və şagirdlər iştirak edib. Həmçinin Mehdi Hüseynzadənin bacısı qızı Svetlana Əzizbəyova da tədbirə qonaq qismində dəvət edilmişdi. Tədbirin əvvəlində söz Svetlana Əzizbəyovaya verildi. O, Mehdi Hüseynzadə və qələbə günü haqqında xatirələrini müəllim və şagirdlərlə bölüşdü. Sonra şagirdlər qələbənin 72- ci ildönümü və Şuşanın işğalının 25 – ci ildönümünə həsr edilmiş şeirlər və mahnılar səsləndirdilər.Tədbirin sonunda məktəbin direktoru Rəna Ağazadə çıxış edərək tədbir haqqında fikirlərini bildirdi və bu tədbirlərin şagirdlərdə vətənpərvərlik hissini daha da yüksəltdiyini qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi