"Qələbənin 72- ci ildönümü" adlı tədbir keçirilib

Mayın 8- də şagirdlərdə vətənpərvərlik hissini daha da gücləndirmək məqsədi ilə Böyük Vətən müharibəsində faşizm üzərində qələbəyə həsr edilmiş "Qələbənin 72- ci ildönümü" adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti və şagirdlər iştirak edib. Həmçinin tədbirə Böyük Vətən müharibəsi veteranları Bəhram Seyidov, Kəmaləddin Hüseynov, Valeh Babayev, Almaz Qasımova və Tariyel Tağıyev qonaq qismində dəvət edilmişdi. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra şagirdlər Böyük Vətən müharibəsinin və qələbə gününün tarixi və o günün qəhrəmanları haqqında geniş məlumatla çıxış etdilər, qələbə gününə həsr edilmiş mahnılar və şeirlər səsləndirdilər. Böyük Vətən müharibəsi iştirakçıları Tariyel Tağıyev və rayon Müharibə və Əmək Veteranları Təşkilatının sədri Almaz Qasımova tədbirdə çıxış edərək həm qələbə günü ilə bağlı xatirələrini şagirdlərlə bölüşdülər, həm də ölkə Prezidenti cənab İlham Əliyevin Böyük Vətən müharibəsi veteranlarına göstərdiyi diqqət və qayğıya, sosial problemlərinin həlli istiqamətində apardığı məqsədyönlü fəaliyyətinə görə minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda məktəbin direktoru Rəna Ağazadə mövzu ətrafında çıxış etdi.Sonda veteranlarla xatirə şəkilləri çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi