Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Mayın 5-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev və İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, həmçinin rayon ərazisində fəaliyyət göstərən səhiyyə, ümumtəhsil müəssələrinin direktorları, KİV nümayəndələri və digər qonaqlar iştirak etdilər. Mərkəzin foyesində ümumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar keçirilmiş rəsm müsabiqəsi qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Daha sonra Mərkəzin “Muzey” bölməsində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi yad edildi.Azərbaycan Respublikasının dövlət himni səsləndi.Tədbiri giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev açaraq çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış, Azərbaycan xalqının taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin şəxsiyyəti və onun ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi xidmətlərindən danışdı.Sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.AMEA-nin Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov öz məruzəsində Heydər Əliyevin qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng siyasətçi olduğunu, onun rəhbərlik etdiyi dövrdə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlar sayəsində ölkənin hərtərəfli inkişafına nail olduğunu vurğuladı. Bakı Biznes Universitetinin rektoru İbad Abbasov öz çıxışında Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələlərinin xüsusi yer tutduğunu, ulu öndərimizin ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə aldığını, yüksək dəyərləndirdiyini bildirdi. BVM - ın iştirakçısı Musa Bağırov Azərbaycanda Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, ulu öndərin veteranların problemlərini daim xüsusi diqqətdə saxladığını və bu problemlərin həlli üçün müvafiq göstərişlər verdiyini vurğuladı.Daha sonra 158 saylı tam orta məktəbin şagirdi Xeyransa Məmmədova və 13 saylı tam orta məktəbin şagirdi Hikmət Babazadənin ifasında ulu öndərə həsr olunmuş şeirlər, BDU-in tələbəsi Əlihüseyn Quluzadənin ifasında “Heydər xalq söyləyəcək, xalq da Heydər deyəcək” mahnısı səsləndi.Tədbirin sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədər keçirilmiş rəsm və şeir müsabiqəsi qaliblərinə diplomlar, Heydər Əliyev Mərkəzində keçirilən tədbirblərdə fəal iştirakına görə müəllim və şagirdlərə təşəkkürnamələr təqdim olundu. Məktəbimizin Uşaq Birliyi rəhbəri Pərvanə Əliyeva da tədbirdə təşəkkürnamə ilə təltif edildi. Pərvanə Əliyevanı məktəbimiz adından təbrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi